“Bizimki bu yolka ilə tutmur heç vaxt...” - ÖZƏL
20 Dekabr 2022 11:51 Sosial"Biz uşaq olarkən evdə yolka bəzəməklə filan işimiz olmazdı. Ümumiyyətlə bu yolka bizə həmişə yad görünüb. Amma Novruz bayramında nələr etməzdik? Sovetin lap elə o bərkgedən vaxtlarında - Azərbaycanın hər il keçici bayraq aldığı illərdə uşaqlarla birgə şamlar yandırıb Dədəlini başdan-başa gəzərdik gecənin qaranlığında. Hələ böyük tonqalları demirəm. İçdən gələn bir bayram ovqatımız olardı ailəlikcə. Yeni ildə isə adi bir il dəyişməsini qeyd edərdik". "Olaylar" xəbər verir ki, bunu deyən media üzrə ekspert Azər Həsrət bildirib ki, təzə evlənəndə bir-iki il yolka filan bəzədik evdə. Amma sonra bunu tərgitdik: "İçimizdən gəlmir nəsə bu yolka, Yeni il bayramı. İl dəyişir dəyişməsinə, amma yad bir bayram kimi gəlir mənə həmişə. Bizimki Novruz bayramıdır, ürəyimiz açılır, aşıb-daşırıq, əsib-coşuruq o bayramda. Yəni deməyim odur ki, bizimki bu yolka ilə tutmur heç vaxt..."