Ali məktəblərə qəbul ola bilməyənlərə şad xəbər - VİDEO

"200 baldan çox nəticə toplayanlar boş yerləri seçsələr, onlar qəbul olunacaqlar. Çünki yerlərin sayı bu nəticəni göstərənlərdən daha çoxdur".

Olaylar.az xəbər verir ki, bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlamasında deyib.

O qeyd edib ki, müxtəlif qruplar üzrə 2400 boş yer qalıb.

M.Abbaszadə əlavə edib ki, 150-200 bal arası nəticə göstərən abituriyentlərin sayı daha çoxdur. Lakin onlar üçün təxminən 245 yer qalıb. Ona görə də onların şansları yüksək deyil.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31