Bakıda DƏHŞƏT: Sevgilisinə 9 bıçaq vuraraq qaçdı VİDEO
30 Avqust 2022 12:12 SosialBakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.
Olaylar.az xəbər verir ki, bu barədə BAKU.WS-ə məlumat daxil olub.
Hadisə zamanı naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31