Azərbaycanda qorxulu hadisə: 15 yaşlı uşağın əlində qumbara partladı - Yaralılar var
30 Avqust 2022 10:35 SosialGəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.
Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.
Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31