Bakıda 14 yaşlı qız və 16 yaşlı oğlan itkin düşdülər
30 Avqust 2022 10:18 SosialBakıda 16 yaşlı oğlan itkin düşüb.
Olaylar.az xəbər verir ki, Suraxanı rayonunda yaşayan 2006-cı il təvəllüdlü Kənan Vəliyev avqustun 27-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.
Digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. Nənəsinin himayəsində yaşayan 2008-ci il təvəllüdlü Fatimə Məmmədova evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
APA.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31