Universitetlərə ixtisas seçimi başa çatdı
29 Avqust 2022 10:19 SosialAli təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31