Qəzada ölən hərbçimiz dəfn olundu - FOTO
27 Avqust 2022 14:06 SosialÖtən gün Göranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.
Olaylar.az APA-ya istinadən bildirir ki, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib. Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.
Goranboyda qəza zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB - FOTO
Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Goranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi "Ural" markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.
Məqaləyə dair fotomateriallar:




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31