327 gənc dövlət proqramı ilə xaricdə təhsil alacaq
27 Avqust 2022 12:42 Sosial"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində magistratura səviyyəsi üzrə təhsil alacaq gənclərin növbəti siyahısı təsdiqlənib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə 327 gəncimiz bu ildən başlayaraq xaricdə təhsil alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31