Bakıda 71 yaşlı qadın ağır xəsarət alıb
27 Avqust 2022 12:27 SosialBakıda 71 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Olaylar.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Fətəliyeva Ədilə Orucəli qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beynin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31