Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək
26 Avqust 2022 13:11 SosialYanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.
"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik",-nazir müavini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31