FHN-nin texnikaları və şəxsi heyət Laçına göndərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam olunub. "Olaylar"xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.  Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31