Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
25 Avqust 2022 21:46 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, aktiv xəstə sayı 3 627 nəfərdir.
Ölkədə son sutka ərzində 3614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31