“Jurnalistika” ixtisası ilə bağlı MÜHÜM QƏRAR
25 Avqust 2022 18:28 SosialAzərbaycanda "Jurnalistika" ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində "Jurnalistika" ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına "Jurnalistika" ixtisaslaşması əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31