“Quru yolların bağlı olması tələbələrə problem yaradır” - Deputat

"Quru yollar bağlıdır və təyyarə biletlərinin qiyməti yüksəkdir, bu məsələ xaricdə təhsil alan tələbələr üçün müəyyən çətinliklər yaradır".

Bunu deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili fikirlərini bu cür izah edib:

"Hesab edirəm ki, nəqliyyatın bütün növlərində, həm daxildə, həm də xaricə, tələbələrə güzəşt edilməsinə ehtiyac var. Dövlət hər zaman tələbələrə yüksək qayğı göstərir".

C.Məmmədov tezliklə bu istiqamətdə qərar qəbul edilməsinin yaxşı olacağını vurğulayıb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31