Repçi faciədə ayağı kəsilən anasından yazdı - FOTO
25 Avqust 2022 10:52 SosialRepçi PRoMete (Pərviz İsaqov) ötən il ayağını itirən anası ilə bağlı paylaşım edib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi valideyni ilə fotolarını sosial şəbəkədə bölüşərək onun artıq ayaqüstə durduğunu bildirib:
"Anam 9 aydan sonra ayaqüstədir, özü gəzir".
Qeyd edək ki, repçinin anasının başına bu hadisə ötən ilin noyabrında gəlib. Güclü külək nəticəsində binanın həyətindəki ağac sənətçinin anasının üzərinə aşıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib. PRoMetenin sözlərinə görə, hadisə ilə bağlı Yasamal rayon prokurorluğu məsələni həll etməyib və rədd cavabı verib. Buna baxmayaraq qarşı tərəf işin yenidən məhkəməyə çıxarılmağına hazırlıq görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31