Lökbatan vulkanı Azərbaycanda olan aktiv vulkanlardan biridir - Qurban Yetirmişli
11 Avqust 2022 13:01 SosialBu gün səhər saat 9:36-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində vulkan püskürməsi baş verib.
Bunu öz açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir.
"Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi 4 dəqiqə ərzində davam edib. Vulkanın dərinliyi 3 km olub və cəmi bir püskürmə qeydə alınıb", - deyə Q. Yetirmişli bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31