Bakıda püskürən palçıq vulkanının ətrafında yaşayış məntəqəsi var? - RƏSMİ AÇIQLAMA
11 Avqust 2022 12:44 SosialBu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir:
"Müvafiq monitorinqlər həyata keçirilir. Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb".
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31