Müğənni Nüşabə Musayeva: “Heç kim mənə küçə qadını kimi davrana bilməz" - VİDEO

"Kimsə mənə küçə qadını kimi davranıb, baxa bilməz". 

Bu sözləri Nüşabə Musayeva qonaq olduğu "YouTube"da yayımlanan "Tolik ilə Səmimi" layihəsində deyib. 

Sözügedən verilişin aparıcısı Tarix Əliyevin (Tolik) "Məkanların birində kimləsə davaya çıxmısan?" sualına müğənni belə reaksiya verib. 

"Mən müğənniyəm. Oxuyaram, oynayaram, deyərəm, gülərəm... Yəni mənim sənətim budur - əylənmək, əyləndirmək, oynatmaq, oynamaq. Amma kimsə səhnədə özümü apardığım obrazımdan istifadə edib, başqa cür davrana bilməz". 

Qeyd edək ki, Nüşabə Musayevanın iki qız övladı var.   

bizim.media

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31