"Universitetlər yerlərin sayını artırsa da, təhsil keyfiyyətini artırmır"

Yeni tədris ilinə qədəm qoymaq üzrəyik.
Dövlət İmtahan Mərkəzi hər il olduğu kimi bu il  də unikal qərarlar almaq fikrindədir. Müharibə, pandemiya bir neçə ildir qəbul prosesini xeyli dərəcədə asanlaşdırıb. Nəticədə çox az abituriyent tələbə adını almaqdan kənarda qalır. Verilən açıqlamaya əsasən yeni tədris ilində əlavə olaraq daha 4000 nəfərə tələbə adı qazanmaq şansı yaranıb. Ekspertlərin bir çoxu bunu birmənalı  qarşılamır. Şəxsi fikirlərimə əsaslanraq deyə bilərəm ki, abituriyent-DİM münasibəti qarşılıqlı "çıxar" münasibətidir. "Al gülüm, ver gülüm" prinsipi ilə hərəkət edən bir çox ailələr var. Ailə övladının tələbə olması arzusuna özünü o qədər qapdırır ki, məntiqli qərarlar ala bilmir. "Övladım bu ixtisasa uyğundurmu", "Məzun olduqdan sonra bu ixtisasa uyğun iş tapa biləcəkmi" və.s kimi suallar övladı məzun olduqdan sonra düşünülməyə başlayır. 
Universitetlər isə öz növbəsində hər tələbəyə pul qaynağı gözü ilə baxır. İllik ödəniş hər il artırılsa da, dərslərin keyfiyyəti haqqında eyni sözü demək mümkün deyil. 
Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov

bildirib ki,bu qərarın mahiyyəti odur ki, universitetə qəbul olmaq daha asan olacaq:" Müəyyən ixtisaslarda, hansı ixtisaslarda yer artılıbsa, həmin ixtisasın balı düşə bilər. Ötən illərdən fərqli olaraq, çox abituriyent oraya yüksək balla müraciət etməsə, həmin ixtisasın balı düşəcək. Deməli, o ixtisaslarda  müsabiqə zəif olacaq. Çünki, əgər yer az, müraciət edən çoxdursa və yüksək ballı insanlar müraciət edirsə, bu avtomatik olaraq, həmin ixtisasın balını yuxarı qaldıracaq. Burada indi yer artırmaq universitetə sərf edir. Çünki, ödənişli şərtlərlə yer aldığı zaman daha çox tələbə gəlir və daha çox ödəniş edilir. Bundan əlavə qısamüddətli tələbələrə də sərf edir və daha rahat universitetə qəbul olur. Belə olduqda, universitetə əlçatanlıq artmış olur. Bu da tələbəyə baxan yönü ilə müsbət tərəfidir".
Ölkəmizdə dövrün tələblərinə uyğun ixtisaslarların artırılması da problemli məsələdir. Çünki, mütəxəssis azdır. Yeni ixtisas artımına kim qərar verir?, 
Abituriyent ixtisas seçimi zamanı nələrə diqqət yetirməlidir? 
Mənfi tərəfi nədir?

Mənfi tərəfi odur ki, əgər universitet keyfiyyət artıra bilməsə, giriş qapısı genəldir.  Əgər çıxış qapısı da gendirsə, onların işsiz qalma ehtimalı çox yüksəkdir. Amma yox, əgər həqiqətən çox keyfiyyətli təhsil verilirsə, eyni zamanda tələbələrə də müəyyən yumuşaq "soft skill" dediyimiz bacarıqlar qazandırılırsa, həmin tələbələr kariyera ilə əlaqədar məsləhətlərlə əhatələnibsə, o zaman onların iş tapmaq ehtimalı artacaqdır. Bəs hansı ixtisaslarda, ümumiyyətlə, yerlər artırılmalıdır? Bazarın tələb etdiyi ixtisaslarda yerlər artırılmalıdır. Əslində, bazarın tələbinə uyğun, bəlkə də gələcəkdə ixtisaslarda kontingeni, yəni yerləri universitet özü müəyyən edəcək. Ancaq, hal-hazırda Nazirlər Kabineti buna qərar verir. Əlbəttə ki, hansı ixtisaslara tələb çoxdursa, o ixtisaslara hal-hazırda mərkəzləşmiş formada yerləri artırılmalıdır. Bəs niyə işsiz qalır? Ehtimal ki, tələbə rahatlıqla, universitetdə səriştələr qazanmadan məzun ola bilir. Universitetin dərsliyi, dərsin forması, müəllimləri, dərsin adı, qazandırılan səriştələr bazarın tələbinə uyğun deyil. Tələbələr də universitetdən əlavə özlərini xüsusi yetişdirmədiyi üçün, məzun olduqdan sonra iş tapa bilmirlər.

Tarazsızlıq budur ki, universitet çox qısamüddətli düşünür burada. Universitet tələbə istəyir çoxlu, amma keyfiyyəti artırmır. Tələbə isə universitetə girmək istəyir, amma çox yaxşı oxumaq istəmir. Belə olduqda isə, onların işsiz qalmaq ehtimalı yüksəkdir. Bəs nə olmalıdır? Universitetin giriş qapısı geniş olsa belə, amma keyfiyyət çox yüksək olmalıdır. Hamı rahatlıqla, universitetdən məzun ola bilməməlidir. Hamı səriştəli formada, yəni həm "hard skills" , "soft skills" bacarıqları ilə məzun olmalıdır. Tələbə də eyni düşüncədə olmalıdır ki, universitetə girmək deyil məqsədim, universitetdə gözəl, keyfiyyətli təhsil almaqdır, məqsədim. Tələbə də universitetlə bahəm öz üzərində işləsə, yeni bacarıqlar qazansa, əlbəttə o da işsiz qalmayacaq, rahatlıqla özünə yer tapa biləcək.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31