Azərbaycanda yoluxanların sayı AÇIQLANDI, ÖLƏN VAR
8 Avqust 2022 16:41 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 802 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 7 961 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.
Ölkədə son sutka ərzində 2 424, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31