Müəllimlər Təhsil Nazirliyinə MÜRACİƏT ETDİLƏR

Olaylar.az bildirir ki, bir sıra müəllimlər işə qəbul prosesində daimiləşmənin I tur keçirilməsinə etiraz ediblər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hər il daimiləşmənin 2-3 tur keçirildiyini qeyd edən müəllimlər hazırda mövcud olan boş vakant yerlərə müddətli müqavilə ilə işə qəbul olmaqdan narazılıq ifadə ediblər. 

Bu mövzuda şikayətlərini ifadə edən müəllimlər qərarın dəyişdirilməsi üçün Təhsil Nazirliyinə müraciət ediblər. 
Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə əvvəlki turda tutulmayan və yeni yaranan vakansiyalar çıxarılıb və müddətli müqavilə ilə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşdirmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31