"WhatsApp"a yeni funksiya gəlir

"WhatsApp" tərtibatçıları tətbiqi yeni funksiya ilə təchiz etməyi planlaşdırırlar. Belə ki, artıq  messencerdə qrup administratorları üçün mesajların silinməsi ilə bağlı yeni seçim olacaq.

Olaylar.az bildirir ki, bu seçim sayəsində qrup administratorları söhbətdəki bütün digər istifadəçilər üçün üzv mesajlarını silə biləcəklər. Mesajlar administrator tərəfindən silindikdə iştirakçılar onun adı ilə bildiriş alacaqlar.

Yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir. Bu funksiya hazırda bəzi "beta" istifadəçiləri üçün əlçatandır.

xəzərxəbər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31