Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Şirzad Mirzəyevin doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.
"OLAYLAR" Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Şəhid Şirzad Mirzəyevin döyüş yolundan söhbət açmış, Vətən uğrunda canlarından keçmiş şəhidlərin öz canları və qanları bahasına torpaqlarımızı yağı düşməndən azad edərək qəlblərdə özlərinin əbədi abidələrini ucaltdıqlarını bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31