Pivə süzərkən faciəvi şəkildə öldü
1 Avqust 2022 11:28 SosialXaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xaçmaz Mexanizasiya Nəqliyyat ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31