Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
30 İyul 2022 16:43 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 994 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 340, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 249 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 816 323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 563, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 770, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 337 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 336 nəfər təşkil edir.
