Ağalıda polis sahə məntəqəsi fəaliyyətə başlayıb - FOTO
30 İyul 2022 15:49 SosialZəngilan rayonunun Ağalı kəndində polis sahə məntəqəsi fəaliyyətə başlayıb.
Olaylar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində bildirilib.
"Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.
Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar" - məlumatda qeyd olunub.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31