Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
29 İyul 2022 18:05 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 971 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 814 329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 606, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 336 413, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 087 nəfər təşkil edir.
