Agentlik rəhbəri vətəndaş qəbulu keçirib
28 İyul 2022 12:47 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu həyata keçirilib.
"OLAYLAR" xəbər verir ki, qəbul Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev tərəfindən həyata keçirilib.
Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb.Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31