Daha 500 şəhid ailəsi və qaziyə ev veriləcək
28 İyul 2022 12:47 SosialYaxın iki ay ərzində 500 şəhid ailəsi və qazi fərdi evlə, eyni zamanda mənzillə təmin olunacaq.
Olaylar xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov bildirib.Onun sözlərinə görə, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlə təmin olunması nəzərdə tutulub.
"Artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki ayda növbəti 500 nəfər də mənzillə təmin olunacaq. Bu il 160 müharibə əlilinin avtomobillə təmiantı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək", - deyə qurum rəhbəri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31