YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var
27 İyul 2022 15:37 SosialÖtən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı "BMW" markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.
Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiq ediblər.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31