Minifutbol üzrə Avropa çempionlarımız “YAŞAT” düşərgəsində olublar

"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci  "YAŞAT" düşərgəsinin 3-cü həftəsi davam edir.
"OLAYLAR" xəbər verir ki, 2-ci gündə səhər idmanın ardından uşaqların psixoloqlarla görüşləri reallaşdırlıb.
Günün ikinci yarısında "Bilim Bakı" mərkəzinin müəllimləri tərəfindən astronomiya, robotexnika və dizayn üzrə praktiki təlimlər təşkil olunub.
Ardınca minifutbol üzrə Avropa çempionu adını qazanan milli komandanın məşqçisi və futbolçuları düşərgənin qonağı olublar. Milli yığmanın heyəti uşaqlarla birgə futbol oynayıb, onların suallarını cabalandırıb və hədiyyələrini təqdim edib. 
Günün sonunda uşaqlar kartinqdə idman avtomobilləri ilə yarışaraq, əyləncəli vaxt keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31