Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 4-də Lerik və Astara rayonları, eləcə də Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. "OLAYLAR" xəbər verir ki, qəbul Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək. 

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31