Bərdədə dəhşətli OLAY – İtləri avtomobilə bağlayıb sürüdülər - VİDEO
26 İyul 2022 13:44 SosialBərdə rayonunda görünməmiş hadisə baş verib. Belə ki, itləri avtomobilə bağlayıb yol boyu sürüyüblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisə ilə bağlı bildirilib ki, heyvanlara qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31