Beyləqanda sümük qalıqları aşkarlandı - FOTO

Beyləqan rayonun ərazisində naməlum sümük qalıqları aşkar edilib. 

Qalıqlar su kanallarından birinin yaxınlığında aşkarlanıb. 

Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı mətbuata açıqlamasında bildirib ki, Beyləqan rayonu ərazisində naməlum sümük qalıqlarının aşkar edilməsi ilə əlaqədar DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub:

"Dərhal rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları həmin əraziyə gediblər. Sümüklər aidiyyəti üzrə götürülüb və ekspertizaya təqdim olunub. Məsələ ilə bağlı araşdırma aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31