Rəqsanənin yeni ərə gedən qızına həyat yoldaşı oxumağı qadağan etdi?
23 İyul 2022 12:35 Sosial"Həmişə deyirdim ki, ailə qurandan sonra oxumayacağam".
Bunu "Tarix Əliyev ilə səmimi" verlişində qonaq olan müğənni Rəqsanənin qızı Aysun İsmayılova deyib.
Yeni ailə həyatı quran gənc ifaçı evliliyin sənətini davam etdirməsinə mane olmayacağını bildirib:
"Deyirlər e "heç vaxt heç vaxt demə, həqiqətən elə imiş. Fikrimi dəyişdirdilər. Eşqin (həyat yoldaşı) elə bir oğlandır ki, nəyəsə həvəsim varsa, o, onu mənim əlimdən almayacaq. Eşqin görür ki, həvəsim var və görür ki, sevilirəm, mənə deyir ki, "Sən bu qədər əziyyət çəkmisən də, niyə hər şeyi tamam silib, oturasan evdə?!". Deyir yenə də oxu, sonra darıxacaqsan".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31