“Facebook”dan YENİLİK: Bu imkanlar genişləndirildi
23 İyul 2022 10:10 Sosial"Facebook" sosial şəbəkəsi xəbər lentinin imkanlarını genişləndirib. İndi dostların, qrupların və digər səhifələrin postlarına ayrıca baxmaq mümkün olub.
Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zukerberq məlumat verib.
Onun sözlərinə görə, yeni funksiya istifadəçilərə sosial şəbəkədə gördükləri məzmunu daha asan idarə etməyə kömək edəcək.
Yeni pəncərədə siz seçilmiş dostlardan, səhifələrdən və qruplardan ən son postlara baxa biləcəksiniz.
Həmçinin, istifadəçilər eyni anda hər üç kateqoriyadan olan paylaşımları izləyə biləcəklər.
Reklamlar isə yeni pəncərədə görünəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31