Baş Prokurorluq: İntihar və intihara cəhd halları əhəmiyyətli dərəcədə azalıb
22 İyul 2022 14:05 Sosialİntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir:
"Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31