Türkiyə vətəndaşlarına quru sərhədini keçməklə Azərbaycandan çıxmağa icazə verilib

Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərində ölkəni tərk etmək üçün istifadə edə bilərlər.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları üçün quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarını müddəti bitən Türk vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31