Şuşada beynəlxalq media forumu keçiriləcək

Jurnalistlər Milli Mətbuat Gününü Şuşada qeyd edəcəklər.

İyulun 22-də Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçiriləcək. Forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31