Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb
21 İyul 2022 11:09 SosialBakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Olaylar.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31