Bakı Şəhəri üzrə Təhsil İdarəsi jurnalistləri mükafatlandırıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 22 iyul-Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Tədbirdə Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov media nümayəndələrini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Elnur Nəsibov mətbuatın cəmiyyətə təsiretmə gücünün olduğunu qeyd etməklə yanaşı, KİV-lərə hər zaman qərəzsiz, obyektiv olmağı da tövsiyə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 22 iyul-Milli Mətbuat Gününün qeyd edilməsinin artıq ənənə halını aldığını və rəhbərlik etdiyi qurumun da bu ənənəni davam etdirdiyini diqqətə çatdırıb. Mehriban Vəliyeva da jurnalistləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda media nümayəndələri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31