DİQQƏT! Nazirlik koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
20 İyul 2022 15:26 Sosial"Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq".
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.
Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: "Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31