“Netflix” abunəçi sayı azaldı, amma gəliri 8 milyard dollara çatdı
20 İyul 2022 11:42 SosialQlobal internet televiziya şəbəkəsi olan "Netflix"in abunəçilərinin sayı bu ilin ikinci rübündə 970 min nəfər azalıb. Bu müddət ərzində "Netflix"in abunə itkisinin 2 milyona çatacağı gözlənilirdi.
Olaylar.az xəbər verir ki, "Netflix" bu ilin aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb. Şirkətin ilin ikinci rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 7,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,3 milyard dollar olub. Şirkətin xalis mənfəəti ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1,4 milyard dollara çatıb. Keçən ilin ikinci rübündə "Netflix"in xalis mənfəəti 1,3 milyard dollar olub.
Sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31