Bakı-Sumqayıt yolunda yanğın başlayıb
18 İyul 2022 14:58 SosialBakı-Sumqayıt yolunda yanğın başlayıb.
Olaylar.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə Nazirliyin qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31