“Data jurnalistikasının inkişafı üçün planlar var”- Əhməd İsmayılov
18 İyul 2022 12:25 Sosial"Azərbaycan jurnalistlərin bilik və bacarıqlarının daha da artırılması, ixtisaslaşması məqsədilə bir neçə hədəf müəyyən olunub. Xüsusilə data jurnalistikasının inkişafı istiqamətində qarşıda duran bir sıra planlar var".
Olaylar.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, data jurnalistikasının inkişafı ilə bağlı xarici ölkələrdən peşəkar mütəxəssislər cəlb ediləcək:
"Burada əsas məqsədimiz Azərbaycanda data jurnalistikasının təşviqidir. Eləcə də jurnalistlərin bilik və bacarıqlarının bu sahədə inkişaf etdirilməsi və datanın cəmiyyətdə kommunikasiyasına dəstək vermək əsas hədəflərdəndir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31