Oğurluqda şübhəli bilinən şəxslər saxlanıblar

Oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Ə.Şabanov saxlanılmışdır.

Nəmçinin oğurluqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini saxlanıb. Belə ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1135 manat dəyərində məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31