Əhali arasında "Whatsapp" vasitəsilə çox sayda reseptlər dolaşır - TƏBİB rəsmisindən XƏBƏRDARLIQ
8 Dekabr 2020 15:27 SosialƏhali arasında "Whatsapp" və digər sosial şəbəkə vasitəsilə çox sayda reseptlər dolaşır.
Olaylar.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, vitamin preparatları, bəzi qan durulaşdırıcı dərmanları qəbul etmək olar: "Lakin bəzi xəstələr qan duruldaşırıcı dərmanları həkim məsləhəti ilə qəbul etməlidirlər. Heç bir halda deksametazonu, antibiotik və antiviral dərmanları qəbul etmək olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31