Kafe və restoranlar bağlanır - RƏSMİ
8 Dekabr 2020 14:57 SosialXüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunub.
Qərara əsasən bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31