Deputatlar Hesablams Palatasının sədrini Seçəcəklər

Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. İclasda "Əmanətlərin tam sığortalanması haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Mühasibat uçotu haqqında" qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədə dair rəylərini bildirəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31