"Fondun elektron portalı ən qısa müddətdə yaradılacaq" - Ülvi Mehdiyev
8 Dekabr 2020 12:57 SosialAzərbaycanda yeni yaradılan "YAŞAT" Fondunun Beynəlxalq Bankda 4 hesabı yaradılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyev bildirib ki, manat, dollar, avro və rubl hesabları yaradılıb. O qeyd edib ki, bu fond cəmiyyətin, iş adamlarının, yardımsevənlərin fondudur. ASAN rəhbəri bildirib ki, fondun elektron portalı ən qısa müddətdə yaradılacaq: "O vaxta qədər ianə etmək istəyən şəxslər həmin hesablara öz ianələrinə edə bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31